...

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi qapalı müzakirələr aparır

Siyasət Materials 7 İyun 2008 10:22 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi qapalı müzakirələr aparır

Azərbaycan, Bakı, 07 iyun / Trend , müxbir C.Babayeva/ Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Azərbaycan və böyük dövlətlərin siyasəti" mövzusunda növbəti qapalı Dəyirmi masa keçirilir. Bu barədə şənbə günü Mərkəzdən məlumat verilib.

Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan müzakirələrdə iştirak edən analitik və politoloqların siyahısı açıqlanmır.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi dövlət başçısının sərəncamı ilə ötən ilin noyabrında yaradılıb. Onun əsas təyinatı dünya geosiyasətini müəyyən edən faktların tədqiqi, beynəlxalq, regional və yerli siyasi proseslərin təhlili və ölkə rəhbərliyi üçün dövlət siyasəti, regional və beynəlxalq təhlükəsizlik və xarici siyasət məsələləri üzrə tövsiyələrin hazırlanmasından ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti