Ukrayna, Kiyev,11 iyun / Trend , müxbir Z.Novosvitski/ İyunun 30-dan iyulun 1-dək Batumidə (Gürcüstan) GUAM-ın üçüncü sammiti keçiriləcək. Bu barədə brifinqdə Ukrayna XİN-in mətbuat katibi Vasili Kiriliç məlumat verib.
Onun sözlərinə görə, sammit çərçivəsində dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində GUAM Şurasının iclası keçiriləcək.
Ənənəyə görə, sammit zamanı GUAM-da sədrlik Azərbaycandan Gürcüstana keçəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend