...

Azərbaycanın MSK rəhbərliyi dairə seçki komissiyalarının fəaliyyətindən razı deyil

Siyasət Materials 12 İyun 2008 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının fəaliyyətindən razı deyil. "Biz bəzi DSK-ların fəaliyyətindən narazıyıq. Qarşıdan seçki ili gəlir və siz daha da məsuliyyətli olmalısınız", - MSK sədri Məzahir Pənahov cümə axşamı DSK sədrləri üçün keçirilən ümumrespublika müşavirəsində bəyan edib.

Trend -un arayışı: Prezident İlham Əliyev 2005-ci ildə "Azərbaycanda insan hüquqlarının Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Plan çərçivəsində ölkə üzrə bütün DSK-larda monitorinq aparılıb. Monitorinqin nəticələrinə uyğun olaraq, DSK-lar üçün yeni binalar inşa edilməsinə başlanıb. Artıq 100-dən artıq DSK üçün yeni bina inşa edilib, digərlərində isə əsaslı təmir aparılıb.

"İşimizə mane olan heç bir amil yoxdur və bizim üçün hər bir şərait yaradılıb. Qarşıdan gələn seçkilərin yüksək səviyyədə keçirilməsi üçün işimizi qanuna uyğun qurmalıyıq. Hər xırda problemə, hətta seçici siyahılarında orfoqrafiq səhvlərə də ciddi fikir verəcəyik", - MSK sədri əlavə edib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Pənahov bildirib ki, seçkidə bütün namizədlər üçün bərabər imkanlar yaradılmalıdır. Onun sözlərinə görə, müasir dünyada seçkilərdən əvvəl kimin qalib gələcəyi təqribən bəlli olur. "Azərbaycanda da ölkə prezidentinin reytinqi yüksəkdir və biz bunu gizlətməməliyik. Amma vəzifəmiz odur ki, seçki prosesi qanuna uyğun keçirilsin. Kim qanunu pozarsa, deməli o, demokratik prosesin gedişinə qarşı çıxacaq", - Pənahov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti