...

Avropalı ekspertlər İrlandiyada Lissabon müqaviləsi üzrə təkrar səsverməni istisna etmirlər

Siyasət Materials 13 İyun 2008 17:25 (UTC +04:00)
Avropalı ekspertlər İrlandiyada Lissabon müqaviləsi üzrə təkrar səsverməni istisna etmirlər

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir V.Javoronkova, A. Qasımova/ Bir sıra avropalı ekspertlər hesab edirlər ki, İrlandiyanın, referendumun nəticələri üzrə Avropa İttifaqında islahatların aparılmasına dair müqaviləni təsdiq etməyəcəyi təqdirdə, çox güman ki, təkrar səs- vermə keçiriləcək.

"Prinsip etibarilə, Avropanın gələcəyi hazırda İrlandiyadan asılıdır, buna görə, onların qərarı olduqca mühümdür. Hətta əgər İrlandiya "yox" desə belə, Lissabon müqaviləsi qəbul olunacaq. Çox güman ki, təkrar səsvermə keçiriləcək və müqavilə qəbul olunacaq", - deyə hollandiyalı ekspert Dimitri Koçenov (Dimitry Kochenov) bildirib.

"İqtisadiyyatın qeyri-müəyyən şəkildə artdığı bir dövrdə, İrlandiyanın ən vacib milli marağı islahatların aparıldığı Avropa İttifaqının onlara işləməsindən ibarətdir. Aİ 35 il İrlandiyaya hörmət və kömək edib və bu səbəbdən, İrlandiyanın bizim ona təhlükə mənbəyi kimi baxmamağımızdan əmin olmağa haqqı var", - deyə İrlandiyanın Baş naziri Brayen Kouen (BBC) bildirib.

İrlandiya Respublikasında Avropa İttifaqında islahatların aparılması üzrə Müqavilənin təsdiqinə dair məsələ üzrə səsvermə başa çatıb. Bu müqaviləni Lissabon müqaviləsi də adlandırırlar. Sənəd 2005-ci ildə Niderland və Fransanın referendumda rədd etdiyi Avropa İttifaqı Konstitusiyasını əvəz edir.

İrlandiyalı seçicilərin Avropa müqavilələrinin əleyhinə səsvermə təcübəsi var: Onlar 2001-ci ildə Şərqi Avropa ölkələrinin Aİ-nin tərkibinə daxil olmasına dair Nitsa Müqaviləsini rədd ediblər. Genişlənmə yalnız tənqid dalğasına məruz qalan təkrar referendumdan sonra baş tutdu.

Hollandiyanın Qroningen Uneiversitetinin eksperti Koçenovanın sözlərinə görə, hər bir Avropa müqaviləsini 27 iştirakçı dövlətin hər biri təsdiq etməlidir. Lissabon müqaviləsini yalnız İrlandiya referenduma çıxarıb, belə ki, digər dövlətlər artır təsdiqetmə prosesindədir.

"Hazırda artıq 18 ölkə müqaviləni təsdiq edib, müqaviləni rədd edə biləcək doqquz ölkə qalıb ki,bunlardan biri də İrlandiyadır", - deyə cümə günü Trend a Hollandiyadan telefonla Koçenov bildirib.

Ekspertin fikrincə, İrlandiya, bütün Avropa kimi inteqrasiya prosesinin inkişafından asılıdır və Aİ-nin fəaliyyətini yaxşılaşdırmağa imkan vrəcək olduqca mühüm müddəaları özündə əks etdirəcək. Yunanıstan eksperti Janisa Emanuilidisin ( Janis Emmanouilidis ) rəyinə görə, təkrar səsvermə müqavilənin İrlandiya tətrəfindən qəbul edilməyəcəyi təqdirdə keçirilə bilər.

"Əgər irlandiyalılar "yox" deyərsə, ola bilsin ki, Aİ irlandiyalılardan bu ilin sonu və ya gələn ilin əvvəlində Lissabon müqaviləsinə dair təkrar səsvermənin keçirilməsini xahiş edə bilər", - deyə cümə günü Trend Yunanıstandan telefonla Aİ üzrə ekspert Emanuilidis bildirib.

Onun sözlərinə görə, İrlandiya müqaviləni qəbul edərsə, müqavilə gələn ilin yanvarında qüvvəyə minə və müsbət yenilikləri özündə əks etdirə bilər.

Lissabon müqaviləsi təsdiq olunduqdan sonra, hazırda Aİ-nin əsaslandığı hüquqi əsəsları dəyişmək üçün nəzərdə tutulub. Hazırda o, iki başlıca sənədə əsaslanır: Avropa İttifaqına dair müqavilə və Avropa İttifaqının fəaliyyət prinsiplərinə dair müqavilə. Yeni müqavilə bəzi prinsipilal dəyişikliklərlə bunları özündə birləşdirir.

Əvəzlənmə, hər şeydən əvvəl, Aİ çərçivəsində qərarların qəbul edilməsi sisteminə aiddir. Birincisi, ən geci, 2017-ci ildən sonra Aİ-yə üzv ölkələr bu prosesdə öz "çəki"lərinə uyğun proporsional səs sayı ilə təmsil olunmayacaqlar. Bunun əvəzində, Avropa Parlamentinə "ikili əksəriyyət" prinsipi daxil ediləcək: bu və ya digər qərarın qəbul edilməsi üçün Aİ əhalisinin 65 faizini təmsil edən minimum 55 faiz deputat səs verməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti