ABŞ-rı Rusiya ilə Azərbaycanda, Gürcüstanda və Ermənistanda nüfuz dairəsi uğrunda mübarizə aparmırlar və RF Kavkazdan çıxartmaq niyyətində deyirlər. Bu barədə çərşənbə günü Vaşinqtonda ABŞ dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə müavini Deniel Frid bildirib, Novosti-Qruziya xəbər verir.
"ABŞ-rı Rusiyanı bu regiondan kənar etməyə çalışmırlar. Bu mümkün olan şey deyil", - Frid ABŞ konqressinə ünvanladığı hesabatında bildirir. Bu barədə RİA Novosti agentliyi xəbər verir.
Amerikalı diplomatın sözlərinə görə, ABŞ özlərini Rusiya ilə rəqabətdə görmürlər tək bu regionda yox bütöv regionlarda. Bu oyun deyil, Kavkazın bütöv ölkələri, Rusiya və transatlantik birlik müsbət əlaqələrdən öz xeyrini alacaqlar.
Bununla belə Frid qeyd etdi ki, regionun ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan gələcəklərini özləri müəyyən etməlidirlər və beynəlxalq institutlar, digər dövlətlərlə əlaqələri qurmalıdırlar.
"Biz hesab edirik ki, heç bir qüdrətli dövlət - Rusiya və ya başqa birisi bu ölkələrə onların Avropa institutlarına və transatlantik ailəyə qoşumaq istəyinə qarşı çıxa bilməz, onlara təziq edə bilməz", - deyə ABŞ-nın dövlət katibinin müavini vurğulayıb.