...

ABŞ Azərbaycanın mədəni irsinin qorunmasına yardım göstərməyə hazırdır – Dövlət katibinin köməkçisi

Siyasət Materials 19 İyun 2008 14:27 (UTC +04:00)
ABŞ Azərbaycanın mədəni irsinin qorunmasına yardım göstərməyə hazırdır – Dövlət katibinin köməkçisi

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir S.Ağayeva/ ABŞ Azərbaycanın mədəni irsinin qorunmasına yardım göstərməyə hazırdır. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə ABŞ Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Ameri bildirib.

"ABŞ hər bir xalqın mədəniyyətinə hörmətlə yanaşır və Azərbaycanın mədəni irsinin qorunmasına maliyyə yardımı göstərməyə hazırdır", - deyə o bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar 2001-ci ildə Konqresdə qəbul olunan dünya xalqları mədəni irsinə dəstək aktı üzrə qrant proqramı çərçivəsində yardım göstərməyə hazırdır. Ameri bildirib ki, bu aktın əsas məqsədi ABŞ-ın bütün xalqların mədəniyyətinə hörmətini nümayiş etdirməkdən ibarətdir.

Onun sözlərinə görə, hər il dünyanın 135 ölkəsi bu akt çərçivəsində həyata keçirilən qrant proqramlarında iştirak edir. Azərbaycan artıq iki dəfə belə proqram qazanıb və ABŞ-ın maliyyə dəstəyi ilə Qum kəndində kilsə və Bakı yaxınlığındakı Qala kəndində məscid bərpa olunub.

İndi ABŞ Azərbaycanın yazılı mədəni irsinin qorunmasına maliyyə yardımı göstərməyi planlaşdırır.

ABŞ Dövlət katibinin köməkçisi cümə axşamı 1924-cü ildə yaradılan Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda olub. İnstitutda IX-XX əsrə aid əlyazmalar saxlanılır. İnstitutun fondunda 12 min əlyazma və təqribən 50 min ərəb, türk və fars dillərində olan yazılı nəşrlər toplanıb.

Xəbər lenti

Xəbər lenti