...

Avropa Şurasının Kosovo ilə bağlı strategiyası yoxdur – AŞPA sədri

Siyasət Materials 23 İyun 2008 15:24 (UTC +04:00)

Fransa, Strasburq, 23 iyun / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Asambleyasının (AŞPA) sədri Luiz Maria de Puç hesab edir ki, Avropa Şurasının müstəqilliyini yeni elan etmiş Kosovonun bu quruma inteqrasiyası ilə bağlı hələki strategiyası yoxdur.

"Hazırki mərhələdə Kosovonun Avropa Şurasına inteqrasiyasından danışmaq hələ tezdir" - deyə Maria de Puç bu gün ASPA-nın yay sessiyası ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.

İyunun 23-dən işinə başlayan Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 27-dək davam edəcək. Bu gün keçirilən Büro iclasında sessiyanın gündəliyi təsdiqlənib.

Sessiya başlamazdan əvvəl keçirilən mətbuat konfransında AŞPA sədri sessiya ərzində müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Kosovoya dair sualı cavablandırarkən Maria de Puç bildirib ki, Avropa Şurasının Kosovonun bu beynəlxalq təşkilata inteqrasiyası ilə bağlı hazırda strategiyası yoxdur: "Bununla bağlı vəziyyət hələ tam yetişməyib. Digər tərəfdən, Kosovo bununla bağlı rəsmi müraciət etməyib" - deyə Maria de Puç bildirib.

Onun sözlərinə görə, Avropa Şurası daxilində Kosovo məsələsi ilə bağlı yaranmış fikir və mövqe müxtəlifliyini, eləcə də vəziyyətin inkişafını nəzərə almaq lazımdır: "Məsələn, bu mövzunu Kosovonun digər beynəlxalq təşkilatlara, məsələn BMT-yə qəbulu zamanı nəzərə almaq olar. Digər tərəfdən, AŞ-nin Nazirlər Komitəsi Kosovo məsələsinə dair mövqeyini bildirməlidir" - deyə AŞPA sədri qeyd edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti