...

AŞPA-nın Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməsi real deyil -AŞPA həmməruzəçisi

Siyasət Materials 23 İyun 2008 17:44 (UTC +04:00)
AŞPA-nın Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməsi real deyil -AŞPA həmməruzəçisi

Fransa, Strasburq, 23 iyun/ Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel hesab edir ki, AŞPA - nın Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə xüsusi məruzəçisinin təyin olunması mümkün deyil. "Bu, real deyil və çox mürəkəb məsələdir. Çünki Cənubi Qafqaz ölkələrində vəziyyət eyni deyil", - deyə bazar ertəsi Strasburqda Azərbaycan jurnalistlərinə açıqlamasında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib.

Trend -un arayışı: Azərbaycanın hüquq müdafiəçiləri AŞPA-nın Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməsi ilə bağlı qurum rəhbərliyinə müraciət edib.

Həmməruzəçi hesab edir ki, ilk növbədə, Cənubi Qafqazın hansı ölkələrində siyasi məhbusların olduğu müəyyənləşdirilməlidir: "Bu yeni bir ideyadır. Hesab edirəm ki, bu bizim qarşımızda duran bütün problemlərin həllinə kömək etməyəcək. Bəlkə də başqa çıxış yolları axtarmaq mümkündür, bu fikrin özünü daha da genişləndirmək olar və bu məsələdə son qərarı AŞPA-nın Siyasi Bürosu verməlidir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti