...

NATO Azərbaycanda prezident seçkilərinin demokratik normalara uyğun keçəcəyinə ümid edir

Siyasət Materials 24 İyun 2008 14:06 (UTC +04:00)
NATO Azərbaycanda prezident seçkilərinin demokratik normalara uyğun keçəcəyinə ümid edir

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir M.Əliyev/ NATO ümid edir ki, Azərbaycanda prezident seçkiləri demokratik normalara uyğun keçəcək və Azərbaycan xalqına öz seçimini etmək imkanı verəcək. Bu barədə çərşənbə axşamı NATO Baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan Fransua Byuro Bakıda keçirilən Azərbaycan və NATO əməkdaşlığına həsr olunmuş konfransda çıxış edərkən bildirib.

Byuro həmçinin qeyd edib ki, NATO ilə fərdi Əməkdaşlıq Planı reallaşdırılmağa başlanıldığı müddətdən "Azərbaycan çox şeyə nail olub".

Azərbaycanın NATO-ya inteqrasiyası məsələsi çərşənbə axşamı Bakıda keçirilən "Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" konfransında müzakirə olunur.

Konfransda məqsəd - Azərbaycan ilə Şimaliatlantika bloku arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsindən ibarətdir.

Tədbirə təşkilatı dəstəyi NATO və Türkiyənin Azərbaycandakı səfirliyi göstərir. Konfransın işində 100-dən çox nümayəndə iştirak edir ki, onların arasında beynəlxalq ekspertlər və respublikanın rəsmi şəxsləri də yer alıb.

Xəbər lenti

Xəbər lenti