Azərbaycan, Bakı, 27 iyun/ Trend , / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bakıda səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib. Görüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırki vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Simmons Bakıda hərbi paradın yüksək səviyyədə keçirildiyini vurğulayaraq, bu münasibətlə dövlət başçısını təbrik edib. Azərbaycan prezidenti təbrikə görə minnətdarlığını bildirib, hərbi paradın yüksək səviyyədə keçirilməsini ölkəmizdə ordu quruculuğuna göstərilən diqqətin nümunəsi kimi qiymətləndirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]