...

Azərbaycan prezidenti Beynəlxalq Güləş Federasiyasının prezidentini qəbul edib

Siyasət Materials 27 İyun 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun/ Trend / Azərbaycan prezident İlham Əliyev cümə günü Beynəlxalq Güləş Federasiyasının Prezidenti Rafael Martinettini qəbul edib.

Görüşdə Bakıda Güləş üzrə Qran-pri beynəlxalq turnirinin keçirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür idman tədbirlərinin keçirilməsinin ölkəmizin beynəlxalq idman aləmində əməkdaşlığının daha da genişlənməsi işinə xidmət etdiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti