...

Azərbaycanda keçiriləcək prezident seçkiləri AŞ PA üçün böyük əhəmiyyət kəsb edir - qurumun prezidenti (video)

Siyasət Materials 2 İyul 2008 13:32 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkiləri AŞ PA üçün böyük əhəmiyyət kəsb edir - qurumun prezidenti (video)

Azərbaycan, Bakı, 02 iyul / T , müxbir İ.Əlizadə/ Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsə, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ciddi addımlar atacaq. "Əgər Azərbaycan demokratiya, insan hüquqları və hüquqi dövlət sahəsində standartlara inteqrasiya etməsə və buna müqavimət göstərsə, onda Aərbaycana qarşı ciddi tədbirlər görüləcək", Trend -un məlumatına görə, çərşənbə günü Bakıda jurnalistlər üçün keçirdiyi brifinqdə AŞ PA prezidenti Luis Maria de Puç bildirib.

Trend -un arayışı: Azərbaycan 2001-ci ilin yanvarın 7-də Avropa Şurasının tam hüquqlu üzvü olub. Azərbaycan qurum qarşısında demokratiya, insan hüquqları, islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı öz üzərinə öhdəliklər götürüb. Öhdəliklərin həyata keçirilməsinə nəzarət etmək üçün AŞ PA həmməruzəçiləri təyin olunub.

AŞ PA prezidenti Puç bazar ertəsi Azərbaycana üç günlük rəsmi səfərə gəlib. Puç Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri, müxalifət partiyalarının liderləri, hüquq müdafiəçiləri ilə görüşüb.

Puç səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşməyi planlaşdırır.

AŞ PA prezidenti tam əmindir ki, Azərbaycana səfəri nəticəsiz qalmayacaq. "Səfər zamanı keçirdiyim görüşlər, apardığım müzakirələrin müsbət nəticələri olacaq. Çünki mən Azərbaycana müsbət niyyətlə gəlmişəm", - deyə AŞ PA prezidenti əlavə edib.

Puç əlavə qeyd edib ki, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin bir qismini həyata keçirilməsini tanıyır və buna görə minnətdardır.

Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkisi AŞ PA üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu prezident seçkisindən çox şey asılıdır.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti