...

Azərbaycanın hakim partiyası kütləvi aksiyalara başlayır

Siyasət Materials 11 İyul 2008 17:51 (UTC +04:00)
Azərbaycanın hakim partiyası kütləvi aksiyalara başlayır

Azərbaycan, Bakı, 11 iyul/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkisi kampaniyasına rəsmən start verildikdən sonra kütləvi aksiyalar keçirmək niyyətindədir. "Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuş yerlərdə kütləvi aksiyalar keçirəcəyik" - cümə günü Trend -a YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycanda növbəti prezident seçkisinin oktyabrın 15 - də keçirilməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası bu ayın sonunda seçkinin keçiriləcəyi dəqiq tarixi açıqlayacaq.

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək.

Novruzov bildirib ki, hakim partiya seçkidə yeni texnologiyalardan istifadə edəcək. "Kifayət qədər yeniliklər olacaq. Amma indi onları açıqlamaq doğru olmaz" - deyən Novruzov bildirib ki, seçkiyə yüksək səviyyədə hazrılq həyata keçirilib. "Biz qarşımıza qoyduğumuz mərhələni yekunlaşdırmaq üzrəyik. Demək olar ki, hakim partiya seçkiyə tam hazırdır" - deyə Novruzov əlavə edib.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti