...

Azərbaycanın bəzi müxalifət partiyalarının seçkidə iştirak etməməsi legitimliyə xələl gətirə bilməz - MSKsədri

Siyasət Materials 15 İyul 2008 11:48 (UTC +04:00)
Azərbaycanın bəzi müxalifət partiyalarının seçkidə iştirak etməməsi legitimliyə xələl gətirə bilməz - MSKsədri

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, bəzi müxalifət partiyalarının seçkidə iştirak etməməsi prosesin legitimliyinə xələl gətirə bilməz.

"Seçkilərin beynəlxalq standartlara nə dərəcədə cavab verib-verməməsini bilmək üçün prosesdə iştirak etməlisən. Əks təqdirdə, seçkidə iştirak etməyən heç bir tərəfin verəcəyi açıqlamanın, bəyanatın əhəmiyyəti yoxdur", Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə MSK sədri Məzahir Pənahov deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçki kampaniyasına rəsmən start verəcək və seçki gününün dəqiq tarixini açıqlayacaq.

Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək. Seçkidə iştirak qərarı verən Müsavat Partityası və Azərbaycan Demokrat Partiyası isə Seçki Məcəlləsinə bu il iyunun 2-də Milli Məclisdə edilən əlavə və dəyişikliklərdən sonra öz qərarlarına yenidən baxmaq barədə açıqlama veriblər. Avqsutun əvvəlində bu partiyalar yekun qərarlarını elan edəcəklər. Bundan başqa, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir.

Pənahovun sözlərinə görə, siyasi qüvvələr ona görə yaranırlar ki, seçkilərdə iştirak etsinlər. "Seçkidə iştirak etməməklə heç nə əldə etmək olmaz. Digər tərəfdən, mən müxalifətdə geniş narahatlıq hiss etmirəm. Ola bilsin ki, kimsə seçkiyə getməsin. Böyük əksəriyyət isə seçkiyə gedəcəyini bildirir", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti