...

Sülh danışıqları Azərbaycandakı prezident seçkisindən asılı olmamalıdır – amerikalı həmsədr

Siyasət Materials 17 İyul 2008 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul/ Trend , müxbir A.Qasımova, R.Novruzov/ Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilər ümid edirlər ki, Azərbaycandakı prezident seçkisi danışıqlar prosesinə mənfi təsir etməyəcək.

"Azərbaycanda qarşıdakı prezident seçkisi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə təsir etməməlidir və mən ümid edirəm ki, proses dayanmayacaq. İstənilən halda bu, Azərbaycan hökumətindən asılıdır", ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza cümə axşamı Trend -a bildirib.

Minsk Qrupunun amerikalı həmsədri ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması üzrə proses Azərbaycanda prezident seçkisinin başlaması ilə dayanmayacaq.

İyulun sonunda Azərbaycanda rəsmi olaraq oktyabra təyin edilmiş prezident seçkiləri kampaniyasına start veriləcək. Mərkəzi Seçki Komissiyası bu ayın sonunda seçkilərin keçirilməsinin dəqiqi tarixini açıqlayacaq.

İndiyədək Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti