...

Palmali Şirkətlər Qrupu yeni tanker alıb

Siyasət Materials 18 İyul 2008 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend / İyulun 18 -də Rusiyanın Nijni Novqorod şəhərinin "Krasnoe Sormovo" gəmiqayırma zavodunda Palmali Şirkətlər Qrupuna məxsus RST22 layihəli sayca üçüncü tankerin suya buraxılması mərasimi keçirilib. Gəmi "Bəşir Səfəroğlu" adını alıb. Bu barədə Palmali-nin cümə günü yayılan məlumatında deyilir.

Gəminin layihəsi "Dəniz Mühəndis Bürosu" tərəfindən hazırlanıb və Beynəlxalq Konvensiyaların bütün tələblərinə cavab verir.

"Yeni Armada" tipli belə gəmilərə əlavə "Eko layihə" nişanı verilir. Nişan gəmidə layihələşdirmə mərhələsində ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün əlavə təkmilləşdirmələr tətbiq olunduğunu göstərir.

Gəminin uzunluğu 139,95 m, eni 16,60 m, göyərtəsinin hündürlüyü 6 m, dedveyti dənizdə 4,60 metr suya oturmada 7008 ton, çayda 3,60 m suya oturmada 4611 tondur.

Tanker Qara, Azov, Baltik və Aralıq dənizlərində daşımalar həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti