...

Azərbaycanlı avarçəkənlər medal şanslarını itiriblər

Siyasət Materials 24 İyul 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasının üzvləri Avstriyanın Lints şəhərində keçirilən dünya çempionatında yüksək yerlər uğrunda mübarizə aparmaq şanslarını itiriblər. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMF) mətbuat xidməti məlumat verib.

Dünya çempionatının 1/4 final mərhələsində çıxış edən Cavid Əfəndiyev Avstraliya, Serbiya, Avstriya, Xorvatiya və Braziliya idmançıları ilə mübarizədə məğlub olaraq, sonuncu yeri tutub. Azərbaycanlı avarçəkən bir nəfərlik qayıqda çıxış edib.

Azərbaycanı dünya çempionatında iki nəfərlik sükansız qayıqda mübarizə aparmaqla təmsil edən Timur Kutseba - Aleksandr Qlotov cütlüyü də zəif nəticə göstərib. Azərbaycanlı avarçəkənlər Danimarka, Avstriya, Fransa, Serbiya və Avstraliyadan olan idmançılara məğlub olublar.

Xəbər lenti

Xəbər lenti