...

İstanbulda baş vermiş patlayışda ölən və yaralananlar arasında hələ ki azərbaycanlılar müəyyən edilməyib - səfir

Siyasət Materials 25 İyul 2008 12:19 (UTC +04:00)
İstanbulda baş vermiş patlayışda ölən və yaralananlar arasında hələ ki azərbaycanlılar müəyyən edilməyib - səfir

Azərbaycan, Bakı, 28 iyul/ Trend , müxbir E.Əliyev/ İstanbulda baş vermiş patlayış nəticəsində ölən və yaralananlar arasında hələ ki azərbaycanlılar müəyyən edilməyib.

"İstanbulda baş verən terror aktı nəticəsində ölənlər arasında  azərbaycanlıların olması haqda  hələ ki məlumat yoxdur", - bazar ertəsi   Trend -a Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov deyib.

Bazar günü İstanbulda saat 21:45-də 10 dəqiqə fasilələrlə iki partlayış baş verib. Nəticədə 16 nəfər ölüb, 140-dan çox adam isə müxtəlif bədən xəsarəti alıb, - Türkiyə KİV-i məlumat verir.

"Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir, səfirlik bu məsələni nəzarət altında saxlayır və daim İstanbulun hüquq mühafizə orqanları ilə əlaqədədir", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti