...

Osetin separatçılarının hücumunun qarşısı alınıb - gürcü sülhməramlılarının komandanı

Siyasət Materials 29 İyul 2008 12:34 (UTC +04:00)
Osetin separatçılarının hücumunun qarşısı alınıb - gürcü sülhməramlılarının komandanı

Gürcüstan, Tbilisi, 29 iyul/ Trend , müxbir N.Kirtsxaliya/Gürcü hərbçiləri osetin separatçıalrına layiqli cavab veriblər, - çərşənbə axşamı Trend -a gürcü sülhməramlıları kontingentinın komandanı general Mamuka Kuraşvili deyib.

"Separatçılar bu gün səhər gürcü sülhməramlılarının nəzarəti altında olan Sarabuk yüksəkliyini ələ keçirməyə cəhd ediblər, lakin layiqli cavab aldıqdan sonra geri çəkilməyə məcbur olublar", - o qeyd edib.

General gürcü tərəfindən itkilərin olmamasını bildirib.

O, osetin tərəfinin itki verməsi barədə məlumata malik deyil.  

Çərşənbə axşamı səhər Cənubi Osetiya tərəfindəki mövqedən gürcü kəndi Sveriyə atıcı silah və qranatamyotlardan atəş açılıb.

Dünən Sarabuk yüksəkliyi üzərində gürcü bayrağı qaldırılıb. Bu mərasimdə Gürcüstan Silahlı Qüvvələrinin müdafiə nazirliyinin və Ümumi qərargah komandalığının yüksək vəzifəli əməkdaşları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti