...

Azərbaycanın dövlət başçısı Prezidentin fərdi təqaüdünün artırılması haqqında fərman imzalayıb

Siyasət Materials 29 İyul 2008 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul/ Trend / Azərbaycanın dövlət başçısı İlham Əliyev çərşənbə axşamı Prezidentin fərdi təqaüdünün artırılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Prezidentinin 2002- ci il 11 iyun tarixli Fərmanının 2- ci bəndi ilə müəyyən edilmiş fərdi təqaüdün məbləği artırılır, həmin bənddə "yeddi yüz əlli" sözləri "min" sözü ilə əvəz edilir. Fərman 2008 - ci il avqustun 1- dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti