...

Azərbaycanın iqtidaryönlü partiyası seçkiyə öz namizədi ilə qoşula bilər

Siyasət Materials 1 Avqust 2008 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir E.Babayev/ İqtidaryönlü Azərbaycan Naminə Alyans Partiyası (ANAP) avqustun 9 - da prezident seçkisi ilə bağlı mövqeyini açıqlayacaq. "Bu məqsədlə partiyanın Ali Məclisi çağırılacaq. ANAP-ın seçkilərə öz namizədi ilə qoşulması mümkündür", - cümə günü Trend -a ANAP sədri Abutalıb Səmədov bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçitriləcək. Mərkəzi Seçki Komissiyası bazar ertəsi seçki kampaniyasına start verib.

Səmədov ANAP-ın seçki ilə bağlı mövqeyi barədə indidən fikir söyləməyə çətinlik çəkib. "Seçkiyə öz namizədimizlə qoşulacağımız və ya başqa bir namizədi dəstəkləyəcəyimiz barədə indidən konkret fikir söyləməyə çətinlik çəkirəm. Bu, Ali Məclisin qərarından asılı olacaq",- deyə Səmədov qeyd edib.

ANAP Səmədov tərəfindən təsis olunub. Partiya hakimiyyətin siyasətini müdafiə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti