...

Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılmasına dair saziş imzalanacaq

Siyasət Materials 15 Avqust 2008 13:14 (UTC +04:00)
Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılmasına dair saziş imzalanacaq

Azərbaycan, Bakı, 15 avqust / Trend , İ.Əlizadə/ Türkdilli ölkələrin Parlament Assambleyası bu ilin payızında yaradılacaq.

"Parlament Assambleyasının yaradılması prosesi bu il tam başa çatdırılacaq", cümə günü Trend -a Azərbaycan Parlamentinin Türkiyə ilə əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Mədəniyyət komissiyasının sədri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: 2008-ci il martın 22-də Antalyada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması haqqında razılıq əldə olunub və bununla bağlı niyyət protokolu imzalanıb. Türkmənistan və Özbəkistan isə yeni yaradılacaq quruma qoşulmaqdan imtina edib. Bu ölkələrin Parlament Assambleyasının yaradılması prosesinə qoşulmaları üçün danışıqlar davam edir.

"Türkdilli ölkələrin parlament sədrlərinin görüşü bu ilin payızında keçiriləcək və Parlament Assambleyasının yaradılması haqqında saziş imzalanacaq", - deyə Cəfərov əlavə edib.

Parlament sədrlərinin görüşünün Ankarada keçirilməsi nəzərdə tutulub.

Onun fikrincə, Parlament Assambleyasının yaradılması prosesinin uzanması bölgədə baş verən proseslərlə bağlıdır: "Eyni zamanda, türkdilli ölkə rəhbərlərinin Parlament Assambleyasının yaradılmasına razılıq vermələri vacibdir. Ona görə də məsələnin dövlət başçılarının bu ilin payızına qədər keçiriləcək zirvə toplantısında da müzakirə olunması nəzərdə tutulub. Parlament Assambleyası mütləq yaradılacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti