...

Əfqanıstanda iki iranlı mühəndis itkin düşüb

Siyasət Materials 16 Avqust 2008 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust / Trend / İran İslam Respublikasının Əfqanıstanda yol tikintisində iştirak edən şirkətinin iki mühəndisi itkin düşüb. Bu barədə İranın "İrna" agentliyi məlumat yayıb.

Əfqanıstan polisinin açıqlamalarına görə, iranlı iki mühəndisin yanında mühafizəçilər də olub. Onlar Əfqanıstanın İslamqala regionuna gedərkən yolda itkin düşüblər.

Polis iranlı mühəndislərin pul məqsədilə girov götürülməsi ehtimalını istisna etmir.

Ötən il Əfqanıstanın Herat şəhərində daha bir iranlı mühəndis qaçırılmış və əfqan polisinin səyi nəticəsində girovluqdan azad edilmişdi.

Xəbər lenti

Xəbər lenti