Azərbaycan, Gəncə, 19 avqust / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncə şəhərində 15 il öncə baş vermiş qətlin üstü açılıb.
Gəncə şəhər Kəpəz rayon Polis şöbəsinin rəisi Elçin Quliyev çərşənbə axşamı Trend -a bildirib ki, polis şöbəsi ilə şəhər prokurorluğunun birgə keçirdiyi əməliyyat nəticəsində 1993-cü ilin əvvəlində qətli törətmiş Bələdiyyə Polisinin əməkdaşı Tərlan Əhməd oğlu Mahmudov saxlanılıb.
Rəis bildirib ki, 1970-ci ildə Bakı şəhərində anadan olmuş Mahmudov xidmətdə olduğu zaman xidməti silahı ilə 1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş Sahilə Aslan qızı Nəsirova olan avtomobilə beş dəfə atəş açmış və nəticədə Nəsirova aldığı güllə yaraları nəticəsində xəstəxanada dünyasını dəyişmişdir.
Təqsirləndirilən Mahmudov cinayətin təsadüf nəticəsində baş verdiyini deyib və bildirib ki, hadisə vəzitfə səlahiyyətlərini yerinə yetirən zaman baş verib.
Mahmudov 2000-ci ildə yenidən Binəqədi rayon polisinə işə düzəlsə də, 2 il sonra həmin işdən öz ərizəsi ilə uzaqlaşdırılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb,istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]