...

Gürcüstan və Rusiya tərəfi hərbi əsirləri dəyişib

Siyasət Materials 19 Avqust 2008 12:53 (UTC +04:00)
Gürcüstan və Rusiya tərəfi hərbi əsirləri dəyişib

Gürcüstan, Tbilisi, 19 avqust / Trend , müxbir N.Kirtsxaliya/ İqoeti kəndində (Qori yaxınlığında) Rusiya hərbçiləri tərəfindən qurulan Nəzarət Buraxılış Məntəqəsində hərbi əsirlərin dəyişdirilməsi prosesi həyata keçirilib. Gürcüstan tərəfi beş rus hərbçisinin əvəzində 15 nəfəri geri alıb. Onlardan 13-ü hərbçi, ikisi isə mülki şəxsdir.

Gürcüstanlı əsirlər arasında bu müddət ərzində Vladiqafqaz və Tsxinvalidə qalan yaralılar da var.

Keçmiş əsirlər bildirirlər ki, onlarla normal şəkildə davranıblar.

Əvəzləmədə Gürcüstanı təmsil edən Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya bildirib ki, hərbi əsirlərin dəyişdirilməsi prosesi hələ davam etdirilə bilər, lakin o, əsirlərin ehtimal olunan sayı barədə məlumat verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı trend

Xəbər lenti

Xəbər lenti