...

Gürcüstanda müxalifətçi deputat bəzi nazirlərin məsuliyyəti məsələsini qaldırmaq niyyətindədir

Siyasət Materials 20 Avqust 2008 18:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Parlament azlığının nümayəndəsi Paata Davitaya hökumətin işindən narazıdır. Onun sözlərinə görə, ölkədə hərbi vəziyyət olduğundan bu barədə danışmaq hələ ki, tezdir. Vəziyyət stabilləşən kimi, o, hökumətin istefası məsələsini qaldıracaq.

Davitaya qeyd edib ki, hazırkı vəziyyət hökumətin ayrı-ayrı istiqamətlərdə apardığı işinin qeyri-səmərəliliyini açıq-aydın göstərdi. Onun sözlərinə görə, Gürcüstan üçün böhranlı olan bir vəziyyətdə parlament daha səmərəli işləyib və təşkilati məsələləri operativ həll edib.

"Hökumətdə mütləq dəyişiklik edilməlidir. Nazirlərin bir hissəsini dəyişdirmək lazımdır", -deyən Davitay onların adlarını sadalamaqdan çəkinib.

Xəbər lenti

Xəbər lenti