...

Kimisə seçkilərdə iştiraka məcbur etmək mümkün deyil – Avropa Şurasının xüsusi nümayəndəsi

Siyasət Materials 21 Avqust 2008 14:43 (UTC +04:00)
Kimisə seçkilərdə iştiraka məcbur etmək mümkün deyil – Avropa Şurasının xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 21 avqust/ Trend , müxbir C.Babayeva/ Kimisə seçkilərdə iştiraka məcbur etmək mümkün deyil, Azərbaycanın bir sıra müxalifət partiyalarının prezident seçkilərini boykot etməsini şərh edən Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek cümə axşamı Bakıda jurnalistlərə bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf) təmsil olunduğu "Azadlıq" bloku, Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Müsavat, Vətəndaş Həmrəyliyi, Demokrat, Böyük Quruluş, Azadlıq, Milli İstiqlal, Sosial Demokrat partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov seçkidə iştirakdan imtina ediblər.

Kotek Azərbaycanda prezident seçkilərinin necə keçəcəyinə dair proqnoz verməkdə çətinlik çəkib.

"Prezident seçkilərini qiymətləndirmək üçün seçkiləri gözləmək lazımdır", - Kotek bildirib.

Onun sözlərinə görə, Avropa Şurası bu seçkilərin demokratik, azad və ədalətli keçməsini istəyir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti