...

Gürcüstan parlamentinin sədri avqustun 24 - də ABŞ - a gedəcək

Siyasət Materials 21 Avqust 2008 20:59 (UTC +04:00)

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 21 avqust/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin sədri David Bakradze avqustun 24 - də Birləşmiş Ştatlara səfər edəcək. Gürcüstan parlamentindən bildiriblər ki, Bakradze ABŞ -ın Demokratlar Partiyasının Denverdə keçiriləcək konqresində iştirak edəcək.

Səfər zamanı Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obama ilə görüş nəzərdə tutulur. Bir sıra rəsmi şəxslərlə görüşlər də planlaşdırılır.

Görüşlərdə Moskvanın Gürcüstana təcavüzü ilə əlaqədar Gürcüstan -Rusiya münasibətləri müzakirə ediləcək.

Bakradze avqustun 28 - də Tbilisiyə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti