...

Rusiya hərbçiləri Qori şəhərini axşam saat 8-də tərk edəcəklər - qubernator

Siyasət Materials 22 Avqust 2008 17:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya hərbçiləri Qori şəhərini çümə günü saat 20.00-də tərk edəcəklər. Bu barədə cümə günü jurnalistlərə Şida Kartli regionunun qubernatoru Lado Vardzelaşvili deyib.

"Rusiya generalları mənimlə söhbətində təsdiq ediblər ki, onlar şəhəri və bağlanmış mərkəzi avtomagistralı göstərilmiş vaxtadək tam azad edəcəklər. Bu yolla Şərqi və Qərbi Gürcüstan istiqamətində yük və sərnişinlərin hərəkəti yoxdur", - o deyib.

Əhali Cənubi Gürcüstandan keçərək dolama yoldan istifadə edirlər və nəticədə, 2-3 saat əvəzinə 18 saat itirirlər.

Rusiya qoşunları çıxdıqdan sonra şəhərə gürcü polisi daxil olacaq.   

Xəbər lenti

Xəbər lenti