...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozublar

Siyasət Materials 25 Avqust 2008 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 24-də saat 13.10-dan 13.20-dək Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 14.35-dən 14.52-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.50-dən 18.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 10.00-dən 10.15-dək və 21.50-dən 22.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 25-də saat 02.50-dən 03.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti