...

Əfqanıstanın sabiq XİN rəbərlərinin fəaliyyətini dəyərləndirmək üçün Kabildə beynəlxalq seminar keçirilib

Siyasət Materials 25 Avqust 2008 12:20 (UTC +04:00)

Əfqanıstan, Kabil, 25 avqust / Trend ,A.Həkimi / Əfqanıstanın Xarici İşlər Nazirliyi bu ölkədə diplomatiyanın yaradıcılarından olan Şah Əmanullah Xan Qazinin dövründə (1928-1929) birinci və ikinci XİN rəhbərləri Mahmud Tərzi və Məhəmməd Vəlixan Dərvazinin fəaliyyətlərini Kabildə keçirilən beynəlxalq seminarda müzakirə edib.

Seminar avqustun 24 və 25-də Əfqanıstan Xarici İşlər Nazirliyində keçirilib.

Trend -un Əfqanıstandakı müxbirinin verdiyi məlumata əsasən, Əfqanıstan prezidenti Hamid Kərzai bu seminarla bağlı bəyanatında bildirib ki, hər iki şəxs Əfqanıstanın görkəmli siyasi və ictimai xadimidir. Prezident qeyd edib ki, onlar ölkənin azadlığı uğrunda fəal fəaliyyət göstərib və Əfqanıstan Xarici İşlər Nazirliyində yeni diplomatiyanın təməlini qoyublar.

Kərzai bu iki şəxsiyyəti Əfqanıstanın inkişafı uğrunda çalışan Şah Əmanullah Xanın mübariz silahdaşı adlandırıb. O bildirib ki, Əfqanıstandakı iqtisadi və ictimai islahatlar, mətbuat və maarçiliyin inkişafı məhz onların fəaliyyətinin nəticəsidir.

Əfqanıstan XİN rəhbəri Rəngin Dadfər İspənta Tərzini böyük alim və işgüzar şəxsiyyət adlandırıb. Dərvazi haqqında isə bildirib ki, o, islahatçı, vətənpərvər və Əmanullah Xanın dövründə ən bacarıqlı diplomatı olub.

Tərzi on altı yaşında olarkən, atası Əmir Əbdürrəhman Xan tərəfindən sürgün olunub və o, ailəsi ilə birlikdə bir neçə il Pakistanda, İraqda, Dəməşq və İstanbul şəhərlərində yaşayıb.

Beynəlxalq seminarda xarici ölkələrin Əfqanıstandakı səfirləri və nümayəndələri də iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti