...

Gürcüstan rəhbərliyi BMT- də Rusiyanın hərəkətlərinin sərt qiymətləndirilməsi məsələsini qaldırmalıdır

Siyasət Materials 25 Avqust 2008 20:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 avqust/ Trend , müxbir N.Kirtsxaliya/"Yeni Sağlar"ın lideri David Qamkrelidzenin bəyanatına görə, Gürcüstan rəhbərliyi Birləşmiş Millətlər Təşkilatında Rusiyanın hərəkətlərinə sərt qiymət verilməsi haqqında məsələ qaldırmalıdır. O, bazar günü keçirilən mətbuat konfransında Tbilisinin konkret addımlar atmalı olduğunu qeyd edib. Daha doğrusu, Rusiya ilə və Moskvanın təziyiqi ilə separatçı regionların müstəqilliyini tanıyan bütün ölkələrlə diplomatik münasibətlər kəsilməlidir. Gürcüstan rəhbərliyi Rusiya sülhməramlılarının mandatını dərhal sadələşdirməli və onlara işğal qoşunları statusu verməlidir.

"Yeni sağlar"ın liderinin rəyinə görə, Gürcüstan BMT- də Rusiyanın hərəkətlərinə sərt qiymət verilməsi haqqında məsələ qaldırmalı və Moskvaya qarşı bütün mümkün sanksiyaların tətbiq edilməsini tələb etməlidir.

"Böyük səkkizliyin" üzvləri Rusiyanı öz sıralarından çıxarmalı, ABŞ isə, RF vətəndaşları üçün viza məhdudiyyətləri yolu ilə də Moskvaya təzyiq göstərməlidir. Avropa Şurasında da Rusiyanın bu təşkilatdan çıxarılması haqqında məsələ qaldırılmalıdır", - Qamkrelidze bildirib.

"Yeni Sağlar"ın liderinin sözlərinə görə, rəsmi Tbilisi bu şərtləri icra etməzsə, ölkə hökuməti diplomatik və siyasi yollarla ərazi bütövlüyü və suverenliyin müdafiəsi məsələsində nəyəsə nail ola bilməyəcək.

Xəbər lenti

Xəbər lenti