...

Azərbaycanda müxalifətdən prezidentliyə iddialının namizədliyi qeydə alınıb

Siyasət Materials 30 Avqust 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında müxalif Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.

MSK katibi Natiq Məmmədov bildirib ki, Aqazadənin namizədliyini qeydə alınması üçün partiya tərəfindən 44 033 imza toplanıb və onlardan 40 777 etibarlı hesab edilib.

Bununla MSK tərəfindən namizədlikləri qeydə alınan şəxslərin sayı 2 nəfərə çatıb. Bundan əvvəl MSK-nın avqsutun 16-da keçirilən iclasında Yeni Azərbaycan Partiyasının namizədi, hazırki dövlət başçısı İlham Əliyevin namizədliyi qeydə alınmışdı.

Prezidentliyə iddialı olan digər şəxslər isə namizədliyin qeydə alınması üçün tələb olunan ən azı 40 min seçici imzasını hələ MSK-ya təqdim etməyiblər. Bunlar namizədlikləri MSK tərəfindən təsdiqlənən Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu, Yaşar Əhmədov (işsiz), Əlimuxtar Əkbərov (təqaüdçü), Sevinc Quliyeva (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidov (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Yaşıllar Partiyasının sədri Mais Güləliyev, Qüdrət İsaqov (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi), "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyev və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyev, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli, Fikrət Əhədov (Təhsil Nazirliyi elmi-metodik jurnalının şöbə redaktoru), Arif Əliyev (işsiz) və Əli Ağaevlidir (Hüquqi, iqtisadi və sosial tədqiqatlar mərkəzinin direktoru).

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti