...

Azərbaycan paytaxtında tikinti şirkətinin işi ilə bağlı yeni həbslər olub

Siyasət Materials 2 Sentyabr 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında istintaqı aparılan "GEN" MMC-nin işi ilə bağlı yeni həbslər olub.

Bakı şəhər Baş Polis İdarəsinin istintaq şöbəsinin rəisi Yaşar Haqverdiyev çərşənbə axşamı Trend -a bildirib ki, şənbə günü şirkət tərəfindən tikilən evlərin vətəndaşlara satılmasında vasitəçilik edən Mütəllim Babayev Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilib. Haqverdiyev şirkət direktorunun kadrlarla iş üzrə müavini Mehbarə Cəfərzadəyə qarşı da həmin gün ittiham elan olunduğunu bildirib.

"GEN" MMC-nin rəhbəri Elbrus Əliyevin vəkili Telman Qasımov Trend -a açıqlamasında faktı təsdiqləyib.

Vəkilin sözlərinə görə, istintaq Cəfərzadəni təqsirləndirilən şəxs kimi tanıyıb və ona Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə ittiham elan olunub.

Qasimov bildirib ki, istintaqda Cəfərzadədən istintaqdan icazəsiz hec yerə getməməsi haqda iltizam alınıb. Hazırda o, polisin nəzarəti altındadır.

"GEN" MMC-nin rəhbəri Elbrus Əliyev iyunun 11-də saxlanılıb və Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduəluq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan bir müddət sonra "GEN" MMC-nin rəhbəri Əliyevin müavini Nəbi Məmmədov və şirkətin mühasibi Həbib Ağayev həbs olunublar. Onlar Azərbaycan Cinayət Məcəlləsinin178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilərək, barələrində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İyulun 3-də şirkətinin baş mühasibi Əliyar Abbasov saxlanılıb. Abbasov şirkətin prezidenti Əliyevlə birgə dələduzluqda ittiham olunub. Abbasov barədə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti