...

Qafqazdakı münaqişələri beynəlxalq hüquq əsasında həll etmək mümkündür – Avstriyanın xarici işlər naziri

Siyasət Materials 9 Sentyabr 2008 14:23 (UTC +04:00)
Qafqazdakı münaqişələri beynəlxalq hüquq əsasında həll etmək mümkündür – Avstriyanın xarici işlər naziri

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend , müxbir A.Qasımova/ Qafqazdakı münaqişələri yalnız beynəlxalq hüquq normaları əsasında həll etmək mümkündür, Avstriyanın xarici işlər naziri Ursula Plassnik çərşənbə axşamı Moskvada bildirib, "Vesti" telekanalı xəbər verir.

"Qafqazdakı münaqişələri yalnız suverenliyə hörmət, dövlətin ərazi bütövlüyü çərçivəsində həll etmək mümkündür və Aİ tərəfdən bu mövqe və BMT-nin təsdiqlədiyi prinsiplərdən çıxış edəcəyik", - nazir bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı bu böhranın həllinə vacib töhfə verib və hər iki tərəf bunu qiymətləndirir. "Düşünürəm Aİ-gələcəkdə də münaqişələrin bu həll yolu ilə gedəcək", - o deyib.

"Çox vacib məqam var - bu, Cənubi Osetiya və Abxaziyanın Gürcüstana məxsus olmasıdır. Burada fikirlərdə böyük fərq var və bu məsələ üzrə yaxın vaxtlarda razılıq əldə etmək mümkün olmayacaq", - nazir bildirib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti