...

Yerevan səfərimin Bakıda pis qarşılandığını düşünmürəm - Abdullah Gül

Siyasət Materials 10 Sentyabr 2008 17:25 (UTC +04:00)
Yerevan səfərimin Bakıda pis qarşılandığını düşünmürəm - Abdullah Gül

Azərbaycan, Bakı, 10 sentyabr / Trend /Türkiyə prezidenti Abdullah Gül Bakıya birgünlük səfəri ərəfəsində Esenboğa hava limanında jurnalistlərə açıqlama verib. Bu haqda CNN Türk informasiya agentliyi məlumat verib

Gül Bakıda azərbaycanlı həmkarına Ermənistan səfəri haqqında məlumat verəcəyini bildirib. O əlavə edib ki, Yerevan səfərinin Azərbaycanda pis qarşılandığını düşünmür.

Gülü səfər zamanı Türkiyə XİN-in rəhbəri Əli Babacan müşayiət edəcək. Gül Azərbaycan prezidenti Ilham Əliyevlə Qafqazda baş vermiş son hadisələrlə yanaşı, digər mühüm məsələləri də müzakirə edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti