Azərbaycan, Bakı, 10 sentyabr/ Trend / Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana səfəri çərçivəsində onun Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü olub, "Azərtac" dövlət informasiya agentliyi xəbər verir.
Görüşdə qeyd edilib ki, dost və qardaş Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə yüksək templərlə inkişaf edir və bu, regional əməkdaşlığın gücləndirilməsi baxımından çox vacibdir.
Dövlət başçıları ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər və qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə rəy mübadiləsi aparıblar.