Azərbaycan, Bakı, 11 sentyabr / Trend / Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri çərçivəsində cümə axşamı onun Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq, beynəlxalq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.