...

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv iştirak etməyə hazırdır - RF XİN-i

Siyasət Materials 12 Sentyabr 2008 17:46 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv iştirak etməyə hazırdır - RF XİN-i

Rusiya, Moskva,12 sentyabr / Trend , müxbir R.Ağayev/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə proses davam etdirilməlidir və RF bu problemin həllində konstruktiv iştirak etməyə hazırdır. Bu barədə cümə günü Moskvada Trend-in xüsusi müxbirinin sualına cavab verən RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko bildirib.

Nesterenkonun sözlərinə görə, ilkin razılaşmalar əsasında bu münaqişədə irəliləyiş əldə etmək şansı var.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti