...

Türkiyədə batmış gəminin xilasetmə işləri davam etdirilir

Siyasət Materials 15 Sentyabr 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı , 15 avqust / Trend / Türkiyənin Mərmərə dənizində "Marmara N Denizcilik" şirkətinin batmış gəmisinin sərnişinlərinin və heyətinin xilasetmə işləri davam etdirilir. Bu haqda CNN Türk kanalı məlumat verib. Türkiyə Dənizçilik İdarəsinin açıqlamasında bildirilir ki, xilasetmə işlərinin davam etməsinə baxmayaraq, gəminin 96 nəfərlik heyətindən 5 nəfəri hələ də xilas etmək mümkün olmayıb. Sahil Xilasetmə Qüvvələri, Dəniz Qüvvələri və yerli polis qüvvələrinin cəlb olunduğu xilasetmə əməliyyatı gəmidə olan 4 yük maşınının sürücüsünün axtarışlarını da davam etdirir. Açıqlamada o da bildirilir ki, indiyə qədər xilas edilməyən 4 sürücüdən başqa, gəmidə başqa sərnişinlərin olması haqda dəqiq məlumat yoxdur. Hazırda xilasedicilər batmış gəminin sahilə çıxardılması planı üzərində işləyirlər.

Xəbər lenti

Xəbər lenti