...

Bakıda 2 aylıq qız uşağı tapılıb

Siyasət Materials 16 Sentyabr 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nəsimi rayonu ərazisində iki aylıq qız uşağı tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 15- də saat 09:25 radələrində Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları Moskva  prospektində 2 aylıq qız uşağı tapıblar. Körpə 1 saylı "Uşaq Evi"nə təhvil  verilib.

Faktla bağlı araşdırma aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti