Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Son günlər Azərbaycana prezident seçkiləri ilə bağlı beynəlxalq müşhahidəçilərin səfərlərinin artması Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq aləmin diqqətinin göstəricisidir. Bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Həsənov əmindir ki, Azərbaycan hakimiyyətinin, seçki institutlarının beynəlxalq müşhahidəçilərə təqdim edəcək çoxlu yeniliklər var. "Biz seçkilərin ədalətli, şəffaf keçiriləcəyini bəyan etmişik. Müşahidəçilər nə qədər çox olsa, nə qədər ətraflı müşahidə olsa, bir o qədər də inamlı addımlarımıza şahidlik edəcəyik",- deyə Həsənov vurğulayıb.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayacaq və 28 gün davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]