Gürcüstan, Tbilisi, 19 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Acariyanın yüksək dağlıq rayonunda baş verən sürüşmə zamanı dörd nəfər həlak olub. Gecə saat 01.00 radələrində şiddətli yağış nəticəsində Xelvaçaursk rayonunun Masauri kəndində yaşayan Çavleişvili ailəsinin evi sürüşməyə məruz qalıb.
Nəticədə ailənin dörd üzvü həlak olub, 17 yaşlı qız isə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda ona yardım göstərilir. Yalnız ailə başçısı xilas ola bilib.
Yerli sakinlərin bostan və əkin sahələri yağış və sürüşmədən ziyan çəkib. Sürüşmə rayonun digər kəndlərində də qeydə alınıb, lakin itki olmayıb.
Hakimiyyət sakinlərin sürüşmə ərazilərindən köçürülməsi üçün tədbirlər görür.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]