...

Avropa Şurasının eksperti Azərbaycanın kütləvi informasiya vasitələrinin son illər passiv olduğunu qeyd edir

Siyasət Materials 19 Sentyabr 2008 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr/ Trend , müxbir R.Novruzov/ Avropa Şurasının (AŞ) eksperti son illərdə Azərbaycan KİV-in passiv olduğunu qeyd edir. Bir vaxtlar fəallığına görə regionda birinci olan Azərbaycan KİV prezident seçkiləri ərəfəsində seçkiqabağı proseslərin işıqlandırılmasında nəzərəçarpan passivlik nümayiş etdirir, - Avropa Şurasının eksperti Devid Vard cümə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.

Azərbaycanda oktyabrın 15 - nə təyin olunmuş prezident seçkisi ərəfəsində, AŞ ekspertlərinin iyuldan sentyabradək apardıqları KİV-in monitorinqi buna dəlalət edir, -Vard bildirib. AŞ -nin monitorinqi aşkar edib ki, Azərbaycanın bütün telekanalları arasında seçkiləri ATV, ANS və LİDER daha çox işıqlanıdırır. Qalan telekanallar bu mövzunu ya az işıqlandırır, ya da birtərəfli məlumat verirlər, - ekspert bildirib.

Vardın sözlərinə görə, hökumət qəzetləri yalnız hakim partiyanın namizədinin kampaniyasının işıqlandırılmasına istiqamətləniblər, müxalifət qəzetləri isə, seçkiləri işıqlandırmaqdan daha çox, hökuməti tənqid edirlər. Monitorinq müstəqil qəzetlərin seçkiləri daha yaxşı işıqlandırdığını üzə çıxarıb. AŞ ekspertləri xəbərlər agentliklərinin monitorinqini aparmayıblar; onlar hesab edirlər ki, telekanal və qəzetlərin auditoriyası daha böyükdür, - Vard bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: - [email protected]

Xəbər lenti

Xəbər lenti