...

Azərbaycan prezidenti İslamabad şəhərində baş verən partlayış ilə bağlı Asif Əli Zərdariyə başsağlığı verib

Siyasət Materials 21 Sentyabr 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr/ Trend / Azərbaycan prezidenti Ilham Əliyev, İslamabda baş verən və 60 nəfərin həyatına son qoyan partlayış ilə bağlı Pakistan prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.

"İslamabad şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Biz terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq birliyin bu dəhşətli bəlaya qarşı mübarizəsini hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti