...

Ergenekonçu polkovnik azadlığa buraxılacaq

Siyasət Materials 22 Sentyabr 2008 13:33 (UTC +04:00)

Istanbulun Ağır Cinayətlər üzrə Məhkəməsi їErgenekonї terror təşkilatının istintaqı ilə bağlı həbs olunmuş Atatürk Düşüncə Dərnəyinin başçısı, təqaüddə olan polkovnik Şener Əruyqurun azadlığa buraxılması barədə qərar verib. Bu haqda Türkiyənin "Timeturk" informasiya agentli məlumat verib.

2008-ci il iyulun 16-da "Ergenekon" terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək həbs olunmuş polkovnik Əruyqur sentyabrın 17-də öz kamerasında yıxılaraq beyninə qan sızdığı üçün xəstəxana şəraitində saxlanılırdı.

Məhkəmənin qərarı "Ergenekon"la bağlı istintaqı aparan Türkiyənin Respublika Prokurorluğunun müraciəti əsasında verilib.

Xəbər lenti

Xəbər lenti