...

Türkiyə ABŞ-ın ən yaxın müttəfiqlərindəndir - ABŞ dövlət katibi

Siyasət Materials 23 Sentyabr 2008 10:40 (UTC +04:00)

Azərbaycan, Baki, 23 sentyabr/ Trend , müxbir M.Ibrahimov/ Türkiyə ABŞ-ın ən yaxın müttəfiqlərindəndir.

Nyu-Yorkda BMT Baş Assambleyasının 63-cü sessiyasında Türkiyənin XİN rəhbəri Əli Babacanla görüşən ABŞ dövlət katibi Kondoliza Rays Türkiyənin regionda baş verən bir çox problemlərin, o cümlədən Cənubi Qafqazdakı münaqişələrin həllində ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olduğunu bəyan edib, CNN Turk bildirir.

"Qafqazda sülhün yaradılmasında Türkiyə çox mühüm rola malik dövlətdir", - deyə Rays bildirib. Raysla Babacanın Uoldorf Astoriya otelində keçirdiyi yarım saatlıq görüşdə daha çox müzakirə olunan məsələ Qafqazdakı son hadisələr və "Qafqaz sabitlik və əməkdaşlıq platforması" ilə bağlı olub.

Babacan görüşdə Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə və müstəqilliyinə böyük önəm verdiyini, Türkiyə prezidenti Abdullah Gülün Ermənistan səfərinin Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyini bildirib. Görüş zamanı Rays Türkiyənin "Qafqaz sabitlik və əməkdaşlıq platforması"nın ABŞ tərəfindən təqdir olunduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti