...

Gürcüstan polisi rus hərbçisini saxlayıb

Siyasət Materials 23 Sentyabr 2008 13:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan polisi tərəfindən gürcü-abxaz inzibati sərhədi yaxınlığındakı polis blokpostundan mülki geyimdə keçməyə cəhd göstərən rus hərbçisi saxlanılıb.

Nikolay Qorbunov üzərində axtarış aparılan zaman gizlədilən odlu silah aşkar olunub.

Qorbunov bildirib ki, Salencix rayonunun Tkaya kəndindəki postdan komandirə pul verməklə üç sutkalıq azad olub, belə ki, o, Qudautaxda (Abxaziya) qalan ailəsinə baş çəkmək niyyətində olub. O, arvadının abxaz olduğunu və bu yaxınlarda yeni doğulan oğlu ilə orada yaşadığını bildirib. Qorbunov özü Altay vilayətindəndir.

Gürcüstan polisi saxlanılan şəxsi Rusiya qoşunları komandanlığına təhvil verib.

Məqalə müəllifi il əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti