...

Kobuletidəki daşqın nəticəsində yüzlərlə ailə evsiz qalıb

Siyasət Materials 23 Sentyabr 2008 18:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 sentyabr/ Trend , müxb ir N.Kirtsxaliya/ Kobuletidə yağan şiddətli yağışlar nəticəsiedə Açkva çayı öz məcrasından çıxıb və təqribən 200 ev su altında qalıb.

Kobuletidən olan deputat Otar Xinikadze bildirib ki, bu günədək dağıntı qalıqlarının təmizlənməsi və evlərin birinci mərtəbələrindən suyun çıxarılması üzrə iş aparılır. "Ən əsası, hazırda dəniz sakitdir və külli miqdarda su qəbul edə bilər və bu da gələcəkdə subasma ehtimalını heçə endirir", - deyə o bildirib.

Kobuletidə daşqın adət halını alıb. Bu problemdən qaçmaq üçün kanalizasiya sisteminin tikintisi üzrə plan hazırlanıb. Plan üzrə işlərin oktyabr ayında başlanılması nəzərdə tutulub, lakin gürcü -osetin münaqişəsi səbəbindən bu tarixin dəyişdiriləcəyi istisna edilmir.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən həyata keçirilir.

Məqalə müəçllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti