Azərbaycan, Bakı, 24 sentyabr/
Trend / Azərbaycan prezidenti İlham
Əliyev çərşənbə günü Tovuz rayonuna
səfərini başa çatdırıb və həmin
gün Gəncə şəhərinə gedib. Əliyev
Gəncədə Müalicə-Diaqnostika Mərkəzinin
açılışında iştirak edib.
Prezident açılışı bildirən lenti kəsib,
qəbul, şüa-diaqnostika, hemodializ şöbələri,
konsultativ-diaqnostik poliklinika, inzibati şöbə və
konfrans salonu cərrahiyyə, anesteziologiya və reanimasiya
şöbələri ilə tanış olub.
Mərkəzdə Almaniya, Türkiyə, Yaponiya, Hollandiya
və digər ölkələrdən gətirilmiş
müasir avadanlıq quraşdırılıb. Prezident Əliyev
sonra Mərkəzin əməkdaşları ilə
görüşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]